Emin Mahmudov tezliklə seçmə komandadakı karyerasını başa vura bilər.
Sportinfo.az xəbər verir ki, federasiyadan əldə olunan məlumata görə, kapitan 2016-cı ildən formasını geyindiyi milli ilə vidalaşmaq fikrinə düşüb. O, qurumun nümayənədələri ilə söhbətində belə bir niyyətdə olmasını gizlətməyib.
Düzdür, AFFA yarımmüdafiəçinin ölkənin əsas komandasını tərk etməsinə hələ hazır deyil. Mənsublar bunu Eminin özünə də bildiriblər.
Onun karyerası, ümumiyyətlə, sual altındadır. Milli ilə yanaşı, "Neftçi"də də işləri qaydasında getmir.
Klubda kapitanlıq sarğısı əlindən alınıb. "Qarabağ" və "Sumqayıt"la Premyer Liqa matçlarında forma geyinməyib.
Millinin təcrübəli yarımmüdafiəçisi Slovakiya ilə görüşdə də meydana çıxmadığından karyerasını bitirə biləcəyini dilə gətirib.
Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən "Neftçi" klubunun şərəfini qoruyur. Yarımmüdafiəçi 2016-cı ildən isə milli komanda da çıxış edib.
Rəylər