"Neftçi"nin kapitanı Emin Mahmudov Qara Qarayevə görə karyerasını Türkiyədə davam etdirmək planını təxirə salıb.
Sportinfo.az xəbər verir ki, 2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi TFF (Türkiyə Futbol Federasiyası) I Liqa təmsilçisi ilə apardığı danışıqlara ara verib.
Orta sahə oyunçusu ona dəvət göndərən kluba maraqlı şərt irəli sürüb. Emin Mahmudov bildirib ki, əgər "Neftçi"dən ayrılarsa, ora Qara Qarayevlə birgə gələcək. Yəni "məni transfer etmək istəyirsinizsə, dostumu da heyətə qatmalısınız".
Qarşı tərəf bu tələbə tərəddüdlə yanaşıb. Onlar bakılıların Qarayevi mövsümün əvvəlində əvəzedici heyətə göndərməsindən xəbərdardırlar. Eminin mövqeyi I Liqa iştirakçısının rəsmilərində təəccübə səbəb olub.
Qeyd edək ki, Türkiyə klubu Emin Mahmudovun bu şərtindən sonra transfer fikrindən daşınıb.
Rəylər