Braziliya millisinin sabiq üzvü Jozef de Souza naməlum şəxslər tərəfindən qarət olunub.
Oxu.Az xəbər verir ki, hazırda karyerasını ölkəsinin "Vasko da Qama" komandasında davam etdirən yarımmüdafiəçi oğlu ilə avtomobildə olarkən naməlum şəxslər tərəfindən soyulduqlarını bildirib.
36 yaşlı oyunçu quldurların maşını və üzərilərində olan əşyaları götürdüklərini söyləyib.
Qeyd edək ki, Jozef de Souza karyerası ərzində Türkiyədə "Fənərbağça", "Beşiktaş" və "Başakşəhər"in formaları geyinib. O, Braziliya millisinin heyətində isə üç matçda meydana çıxıb.
Rəylər