"Ferrari" komandasının pilotu Çarlz Lekler (Monako) Monza trasında komandanın ev yarışmasında "Formula-1" İtaliya Qran-prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb.
Məlumata görə, ikinci yeri "McLaren"in avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə britaniyalı komanda yoldaşı Lando Norris tutub.
"Formula-1" çempionu Maks Ferstappen (Niderland) "Red Bull" komandasından altıncı olub.
Niderlandlı pilot 303 xalla fərdi turnir cədvəlinə başçılıq etməkdə davam edir. İkinci yerdə Norris (241), üçüncü yerdə isə Lekler (217) qərarlaşıb. Konstruktorlar kubokunda "Red Bull" liderdir (446), "McLaren" ikinci (438), "Ferrari" isə üçüncüdür (407).
Rəylər