Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ukraynalı yeniyetmə basketbolçuları öldürən şəxslərin kimliyi bəlli olub
Almaniyanın Essen vilayət məhkəməsi bu ilin fevralında Oberhauzen şəhərində ukraynalı basketbolçular Vladimir Yermakov və Artyom Kozaçenkonun qətli ilə bağlı iş üzrə hökm çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "DPA" nəşri məlumat yayıb.
Məlumata görə, dörd yeniyetmə cinayəti törətməkdə təqsirli bilinib. Onlardan ikisi suriyalı, biri türkəsilli alman, digəri isə Almaniya və Yunanıstan vətəndaşıdır. Onlar 8 ildən 10 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Bildirilib ki, bağlı qapılar arxasında keçirilən iclasda gənclərdən biri idmançılara bıçaqla hücum etdiyini, qalanları onları vurduqlarını etiraf edib. Hökm hələ qanuni qüvvəyə minməyib.
Yermakov və Kozaçenkoya hücum fevralın 10-da basketbolçular Düsseldorfa gedərkən baş verib. Yeniyetmələr Oberhauzen avtovağzalında idmançıları təqib etməyə başlayıblar və sonra onları bıçaqlayıblar. Yermakov hadisə yerində, Kozaçenko isə xəstəxanada ölüb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin heç bir səbəb olmadan hərəkət etdiyi bildirilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı azyaşlı qızını niyə qətlə yetirib? - Sumqayıtdakı qətlin yeni detalları
- Rusiyada azərbaycanlı sevgilisinə 10 bıçaq zərbəsi vurdu
- İntim əlaqəyə girmək istədi, qatil oldu
- Ögey anasının şah damarını kəsib öldürdü - Bakıda baş verən qətlin TƏFƏRRÜATI
- Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı
Rəylər