Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Halk" ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi
Cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib.
Prosport.az-ın xəbərinə görə, tanınmış cüdoçu sabah Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.
34 yaşlı, "Halk" ləqəbli idmançı "Atilla" İdman Klubunu təmsil edəcək. O, 1/8 finalda İlkin Baxşəliyevlə qarşılaşacaq.
Qeyd edək ki, Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.
O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.
"Elmar Qasımov" teqi üzrə xəbərlər
- Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
- Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib
- Türkiyə-Azərbaycan Universitetinə görə BANM-in Xətai korpusu köçürülüb
- YAP prezident seçkisində məntəqələrdə müşahidə aparacaq şəxslərini müəyyənləşdirib - FOTO
- YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB + FOTO
Rəylər