İngiltərənin "Nyukasl" klubunun baş direktoru Darren İlz xərçəng xəstəliyinə tutulduğu üçün istefa verib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı funksionerə xroniki limfositar leykemiya diaqnozu qoyulub. O, yeni varis təyin olunana qədər vəzifəsinin icrasına davam edəcək.
Qeyd edək ki, D.İlz 2022-ci ildən "Nyukasl"dadır. Karyerasına "Vest Bromviç" klubunda hüquq işləri üzrə direktor kimi başlayan funksioner daha sonra İngiltərədə "Tottenhem", Şotlandiyada "Aberdin", ABŞ-də "Atlanta Yunayted"in İdarə Heyətində çalışıb.
Rəylər