İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatında iki güləşçimiz yarımfinala vəsiqəni təmin edib.
Oxu.Az xəbər verir ki, mundialın ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Xalçaya çıxan 5 idmançımızdan 2-si yarımfinala vəsiqə əldə edib.
U-17 dünya çempionatı
Yunan-Roma güləşi
4️8️ kq
Əmrah Əmrahov ukraynalı Boqdan Makarovetsə 3:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda iranlı Armin Şamsipourhajiyə 0:8 hesabı ilə məğlub olub.
55 kq
Əli Nəzərov startda gürcüstanlı David Qabedavanı 5:3 hesabı ilə məğlub edib. O, 1/4 finalda amerikalı Ceyden Raneyə 3:4 hesabı ilə uduzub.
65 kq
Emil Abdullayev serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı Vladislav Pokotilo ilə qarşılaşacaq.
80 kq
Orxan Hacıyev çinli Jeyinq Sonqu (10:1), ardınca qırğızıstanlı Joomart Aşimovu (tuş) və ermənistanlı Arame Arakelyanı (7:1) məğlub edib. Millinin üzvü yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşacaq.
110 kq
Abdullah Həsənov 1/8 finalda ermənistanlı Seyran Kirakosyana məğlub olub - 0:4.
Qeyd edək ki, mundial avqustun 25-dək davam edəcək.
Rəylər