İspaniya Kral Futbol Federasiyası (RFEF) qasırğanın fəsadları səbəbindən İspaniya Kuboku birinci mərhələsinin iki oyununun təxirə salındığını elan edib. Belə ki, "Valensiya" - "Parla Eskuela" və "Levante" - "Pontevedra" oyunları təxirə salınıb.
Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.
"Ölkəmizin bir hissəsini vuran qasırğanın səbəb olduğu əlverişsiz hava şəraiti səbəbindən bu gün, 30 oktyabr tarixində keçirilməsi planlaşdırılan İspaniya Kuboku birinci mərhələsinin oyunları təxirə salınıb. Xüsusilə, söhbət "Valensiya" - "Parla Eskuela" və "Levante" - "Pontevedra" oyunlarından gedir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, sabah, cümə axşamı üçün planlaşdırılan İspaniya Kuboku oyunlarının da təxirə salınma ehtimalı var", - deyə İspaniya Kral Futbol Federasiyasının Mətbuat Xidmətinin məlumatında bildirilib.
Rəylər