Beynəlxalq Olimpiya Komitəsi (BOK) kiberidman növləri üzrə Olimpiya Oyunlarının yaradılması haqqında qərarı təsdiqləyib.
Oxu.Az sportbox.ru-ya istinadən xəbər verir ki, bu qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında yekdilliklə qəbul edilib.
İlk yarışın 2025-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax hələ 2023-cü ilin oktyabrında kiberidman üzrə Olimpiada yaratmağı planlaşdırdığını açıqlayıb.
Bu məqsədlə BOK sentyabr ayında Fransa Milli Olimpiya Komitəsinin rəhbəri David Lappartienin sədrliyi ilə kiberidman komissiyası yaradıb.
Rəylər