"Tras sürüşkəndir və çoxlu sərt döngələr var".
Oxu.Az xəbər verir ki, bunu "Red Bull" pilotu Maks Ferstappen "Formula-1" üzrə Azərbaycan Qran-prisində ilk günün nəticələrini şərh edərkən deyib.
Təcrübəli sürücü bu həftəsonu daha rəqabətli olduqlarını bildirib: "Düşünürəm ki, ümumiyyətlə, yaxşı gün keçirdik. Tras sürüşkəndir. Çoxlu kəskin döngələr var. Bəzən baryerə dəyməmək üçün ehtiyat tədbiri olaraq əyləcdən istifadə etmək lazımdır. Balansı bir az da yaxşılaşdırmalıyıq. Əminəm ki, belə etsək, rəqabət apara biləcəyik".
Qeyd edək ki, "Formula-1"də bu gün üçüncü sərbəst yürüş və sıralanma turu keçiriləcək. Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq. İlk gündə iki test yürüşü gerçəkləşib.
Rəylər