İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, Xosep Qvardiolanın başçılıq etdiyi komanda Liqa mərhələsinin III turunda Çexiyanın "Sparta" (Praqa) kollektivinə qalib gələrək (5:0) qitənin bir nömrəli klub turnirində ardıcıl 26 qarşılaşmada (yalnız 90 dəqiqə nəzərə alınmaqla) məğlub olmayıb.
Keçmiş rekordçu isə İngiltərənin digər təmsilçisi "Mançester Yunayted" idi. "Mankuniyanlar" Aleks Ferqyusonun baş məşqçi olduğu vaxtda ardıcıl 25 matçda məğlub olmamışdılar.
Rəylər