"Mançester Yunayted" klubu "Sportinq"in baş məşqçisi Ruben Amorimlə razılaşıb.
Oxu.Az xəbər verir ki, klubla məşqçi arasında danışıqlar, demək olar ki, başa çatıb. Tərəflər bütün əsas detalları müzakirə ediblər, razılaşdırılmalı olan bir neçə yekun məqam qalıb.
Eyni zamanda, Amorim elə indidən işə başlamağa hazırdır, lakin çalışdığı kluba hörmət edərək "Sportinq"ə təzyiq etməyəcək. Ona görə də "aslanlar" yeni məşqçi tapana qədər keçid yubanacaq.
Qeyd edək ki, "Mançester Yunayted" niderlandlı Erik ten Haqı istefaya göndərdiyini ötən gün rəsmən açıqlayıb.
Rəylər