Lionel Messinin "İnter Mayami"nin məşq toplanışını buraxmasının səbəbi bəlli olub.
Oxu.Az xəbər verir ki, argentinalı ulduz qripə bənzər xəstəliyə yoluxub. Bu səbəbdən məşqdə iştirak etməyib.
Messi ABŞ klubunun növbəti 2 oyunundan birində yaşıl meydanlara qayıdacaq. "İnter Mayami" sentyabrın 15-də "Filadelfiya", sentyabrın 19-da isə "Atlanta" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Lionel Messi iyulun 15-də keçirilən Amerika kubokunun finalında topuğundan zədələnib və o vaxtdan bəri oyunlara çıxmayıb.
Rəylər