Azərbaycan millisinin sentyabrın 5-də evdə İsveç, 8-də səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.
"Report"un məlumatına görə, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.
Qapıçılar: Mehdi Cənnətov ("Sumqayıt"), Rza Cəfərov ("Neftçi"), Yusif İmanov ("Sabah").
Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Qismət Alıyev ("Zirə"), Şəhriyar Əliyev ("Turan Tovuz"), Rahil Məmmədov ("Radomyak", Polşa), Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ").
Yarımmüdafiəçilər: Elvin Camalov ("Sabah"), Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Aleksey İsayev ("Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Emil Mustafayev ("Polesye", Ukrayna), Emin Mahmudov ("Neftçi"), Ceyhun Nuriyev ("Zirə").
Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya) Ramil Şeydayev ("Neftçi"), Nəriman Axundzadə ("Qarabağ"), Rüstəm Əhmədzadə ("Zirə"), Renat Dadaşov ("Ankaragücü", Türkiyə).
Rəylər