Ötən ay Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq"ə keçən Mahir Emrelinin klubda debütü hələ baş tutmayıb.
Oxu.Az xəbər verir ki, zədəsini sağaldan millimizin üzvü artıq komanda ilə məşqlərə başlayıb.
"Bu oyunu istisna etmək istəmirəm. Demişdik ki, Mahiri "Maqdeburq"la matça çatdıra bilməsək, "Ulm"la oyuna hazırlayacağıq. Amma bərpa prosesi düşündüyümüzdən bir az uzun çəkdi. Bəlkə də bizim daha 2-3 günə ehtiyacımız olacaq", -d eyə M.Kloze bildirib.
Qeyd edək ki, "Nürnberq" - "Ulm" oyunu sentyabrın 14-də keçiriləcək. Mahir Emrelinin komandası 4 turdan sonra 4 xalla 13-cüdür.
Rəylər