Kamandan Oxatma idman növündə olimpiadaya ilk lisenziya qazanan Yaylagül Ramazanova bu gün vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, o, 7 aylıq hamilə olmasına baxmayaraq, yarışlarda yüksək mübarizə əzmi nümayiş etdirib.
Qeyd edək ki, sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Milli üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.
Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.
Daha çox foto burada: PhotoStock.Az
Rəylər