Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.
Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.
İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.
Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mnatsakanyan üzərində qələbə qazanmışdı.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən erməniəsilli Ayk Mnatsakanyanla qarşılaşıb.
Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominges (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Rəylər