Futbol üzrə Fransanın Liqa 1 çempionatının üçüncü turunda "Lill" və PSJ komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun "Dekatlon Arena - Pyer-Morua" stadionunda keçirilib. Benau Bastyen görüşün baş hakimi olub. PSJ 3:1 hesabı ilə qalib gəlib.
33-cü dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinya penaltidən fərqlənib. 36-cı dəqiqədə hücumçu Bredli Barkola Marko Asensio'nun ötürməsi ilə komandasının fərqini iki topa çatdırıb. Oyunun 78-ci dəqiqəsində "Lill"in hücumçusu Edon Jeqrova fərqi azaldıb. Matçın 90+2-ci dəqiqəsində isə parisli hücumçu Randal Kolo Muani Dezire Duenin ötürməsindən istifadə edərək fərqlənib.
Bu görüşdən sonra PSJ 9 xal toplayıb və Fransa çempionatının turnir cədvəlində birinci yerdədir. "Lill" 6 xalla altıncı sıradadır.
Rəylər