"Qarabağ"la görüşdə qurtarışları ilə ön plana çıxan "Tottenhem" klubunun qolkiperi Qulyelmo Vikario UEFA Avropa Liqasının I turunun əsas heyətinə daxil edilib.
Oxu.Az xəbər verir ki, UEFA Avropa Liqasının birinci turu başa çatdıqdan sonra turun ən yaxşı oyunçularından ibarət ilk 11-lik açıqlanıb.
"Qarabağ"la görüşdə qapısını toxunulmaz saxlayan Qulyelmo Vikarionun dəyəri 8.4 olaraq göstərilib.
Hücum xəttində "Bodo Qlimt"dən Haci, "Frankfurt"dan Ekitike, "Latsio"dan isə Dia qərarlaşıblar.
Yarımmüdafiə xəttinin ən yaxşıları isə "Reyncers"dən Bayrami, FCSB-dən Olaru, "Anderlext"dən Versçaren, "Frankfurt"dan isə Kristensen seçiliblər.
Müdafiəçilər isə "Viktoria Plzen"dən Yemelka, "Lion"dan Kaleta-Kar, "Atletik Bilbao"dan isə Paredes seçiliblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının II tur oyunları oktyabr ayının 3-də keçiriləcək.
Rəylər