"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Lion" Vilfred Zahanı heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisi "Qalatasaray" 31 yaşlı hücumçunu "Lion"a göndərib.
Bu barədə klubdan açıqlama verilib.
Fil Dişi Sahili millisinin üzvü olan Zaha 2024/2025-ci illər mövsümünü Fransa klubunun heyətində keçirəcək. "Lion" afrikalı futbolçu üçün "sarı-qırmızılılar"a 3 milyon avro icarə haqqı ödəyəcək.
Qeyd edək ki, Vilfred Zaha 2023-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli oyunçu Super Liqa nəhənginin heyətində meydana çıxdığı 43 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəylər