Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.
Oxu.Az xəbər verir ki, bu barədə yerli jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabında paylaşım edib.
O, 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb. Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.
Rəylər