Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşləri zamanı Karlos Sayns rəqibini blokladığı görə xəbərdarlıq alıb.
Oxu.Az xəbər verir ki, "Ferrari" komandasının pilotu 13-cü döngədə "Red Bull" sürücüsü Serxio Peresi sürətli dövrəsinə mane olub.
Qran-prinin stüardları sessiyadan sonra insidenti analiz ediblər və müəyyən ediblər ki, komanda Saynsa yaxınlaşan "Red Bull" pilotu barədə məlumat verməyiblər, lakin Karlos sükan üzərindəki displeydə bildirişlərlə diqqəti yayındığı üçün yaxınlaşma sürətini düzgün qiymətləndirməyib və Peresə yol verməyə tələsməyib.
Stüardlar əllərində olan bütün kamera qeydlərini və qarşı tərəfin də izahatını nəzərə alaraq, Saynsa xəbərdarlıq elan etməklə kifayətləniblər.
Rəylər