Bu gün Türkiyə Superliqasında 10-cu tura iki görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Başakşəhər" "Eyüpspor"la saat 18:00-da, "Qalatasaray" isə "Beşiktaş"la saat 21:00-da qarşılaşacaq.
Son görüşündə "Beşiktaş"a 0:5 hesabı ilə məğlub olan "Qalatasaray" bu gün doğma meydanda qalib gələrək turnir cədvəlindəki lider mövqeyini qorumağa çalışacaq (25 xal). "Beşiktaş"da meydana qələbə əzmində çıxacaq.
"Qara qartallar" xal ehtiyatlarını 23-ə yüksəldərək liderlə aradakı fərqi iki xala endirmək niyyətindədirlər.
Qeyd edək ki, görüşün start fitini baş hakim Arda Kardeşlər səsləndirəcək.
Rəylər