Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, 16 oyundan yeddisi Bakı vaxtı ilə 20:45-də, digərləri isə 23:00-da başlayacaq.
Azərbaycanı turnirdə "Qarabağ" FK təmsil edir. Ağdamlılar Niderlandın "Ayaks" komandası ilə qarşılaşacaqlar.
Türkiyə təmsilçilərindən isə "Fənərbağça" və "Beşiktaş" müvafiq olaraq "Mançester Yunayted" və "Lion"la qarşılaşacaqlar.
24 oktyabr
UEFA Avropa Liqası
III tur
Saat 20:45, "Qarabağ" - "Ayaks"
Saat 20:45, "Ayntraxt Frankfurt" - RFŞ
Saat 20:45, "Roma" - "Dinamo Kiyev"
Saat 20:45, "Midtyulland" - "Yunion"
Saat 20:45, "Makkabi" (Təl-Əviv") - "Real Sosyedad"
Saat 20:45, PAOK - "Viktoriya Plzen"
Saat 20:45, "Ferentsvaroş" - "Nitsa"
Saat 23:00, "Fənərbağça" - "Mançester Yunayted"
Saat 23:00, "Tottenhem Hotspur" - "AZ Alkmaar"
Saat 23:00, "Lion" - "Beşiktaş"
Saat 23:00, "Anderlext" - "Ludoqorets"
Saat 23:00, "Atletik" - "Slaviya"
Saat 23:00, "Malmö" - "Olimpiakos"
Saat 23:00, "Portu" - "Hoffenhaym"
Saat 23:00, "Tvente" - "Latsio"
Saat 23:00, "Reyncers" - FKSB
Xatırladaq ki, oktyabrın 23-də III turun iki oyunu keçirilib: "Braqa" "Bodo Qlimt"lə (1:2), "Qalatasaray" isə "Elfsborq"la (4:3) qarşılaşıb.
Rəylər