"Barselona"nın Çempionlar Liqasında növbəti səfər oyununu azarkeşləri izləyə bilməyəcəklər.
Oxu.Az xəbər verir ki, İspaniya klubunun azarkeşləri mövsümün ilk oyununda "Monako" (1:2) ilə matçda nasist pankartı istifadə etdikləri üçün cəzalandırılıblar. Qurum "Barselona"nı bununla yanaşı, 10 min avro da cərimələyib.
Qeyd edək ki, ispaniyalılar Çempionlar Liqasında növbəti səfər oyununu noyabrın 6-da keçirəcək. "Barselona" III tur çərçivəsində Serbiya "Srvena Zvezda"sının qonağı olacaq.
Rəylər