UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun Bakıdakı "Qarabağ" - "Ayaks" matçının favoriti ilə bağlı səsvermə qurumun rəsmi saytına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, azarkeşlərin qatıldığı sorğuda "Qarabağ" bu matçın favoriti hesab olunur. Onların 67 faizi Azərbaycan çempionunun qələbəsinə inanır. Niderland klubunun qalib gələcəyinə səs verənlər isə 27 faiz təşkil edir. Heç-heçə variantına isə azarkeşlərin 6 faizi üstünlük verib.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 20:45-də başlayacaq.
Rəylər