"Nyukasl" qapıçı Giorgi Mamardaşvilini almaq üçün İspaniyanın "Valensiya" klubuna təklif göndərib.
Bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Pedro Morata məlumat verib.
Məlumata görə, "Nyukasl" gürcü qapıçının agenti ilə əlaqə saxlayıb və Mamardaşvili üçün 41 milyon avro ödəməyə hazır olduqlarını açıqlayıb.
Xatırladaq ki, 23 yaşlı Giorgi "Valensiya"ya "Dinamo"dan (Tbilisi) keçib. Transfer məbləği 850 min avro olub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, qapıçı Almaniyada keçiriləcək Avro-2024 üçün Gürcüstan millisinin genişləndirilmiş heyətinə daxil edilib.
Mənbə: championat.com