"Napoli"nin vingeri Xviça Kvaratsxeliya İtaliya klubunu tərk edərək PSJ-yə keçə bilər.
Mənbənin məlumatına görə, Kvaratsxeliya Fransa klubuna keçməyə razılıq verib, lakin çox şey hələ öz oyunçusunu buraxmaq istəməyən "Napoli"nin mövqeyindən asılı olacaq.
Bildirilir ki, Neapolitan klubu futbolçunun transferi üçün böyük ehtimalla 100 milyon avrodan (183,9 milyon manat) çox təzminat tələb edəcək.
Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur (147,1 milyon manat).
Mənbə: Corriere dello Sport