"Arsenal" və "Liverpul" "Barselona"nın 17 yaşlı vingeri Lamin Yamalla maraqlanır.
Oxu.Az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Qeyd olunur ki, Kataloniya klubu maliyyə problemləri səbəbindən ən bahalı aktivlərinin bir qismini satmaq məcburiyyətində qala bilər. "Barselona"nın yarımmüdafiəçiləri Qavi və Pedrini də sata biləcəyi ehtimal olunur.
Xatırladaq ki, bu mövsüm L.Yamal bütün turnirlərdə 13 matçda iştirak edib və beş qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalının verdiyi məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.
Rəylər