İqtisadiyyat naziri Mikayıl Cabbarov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı münasibətilə paylaşım edib.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"23 may ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramıdır. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" olması ətraf mühitin sağlamlaşdırılması istiqamətində təşəbbüslərdə və beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə ölkəmizin fəal mövqeyini ifadə edir. Ekoloji mühitin mühafizəsinə, təbii sərvətlərdən səmərəli istifadəyə və yaşıl iqtisadiyyat ekosisteminə töhfələr verən qurumun əməkdaşlarını təbrik edir, işlərində uğurlar və nailiyyətlər arzu edirik".
23 may ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (@ETSN_ecogovaz) işçilərinin #peşəbayramı-dır. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" olması ətraf mühitin sağlamlaşdırılması istiqamətində təşəbbüslərdə və beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü… pic.twitter.com/2lhW8gc2lc