Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avropaya tranzit terror miqrasiyası? - Azərbaycanda məhkəmə işində şok yeniliklər
Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 214.2.1 və 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib.
Oxu.Az bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən məlumat verir.
Qeyd olunur ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə əlbir olaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırıb, bu məqsədlə üçüncü ölkədən Azərbaycan Respublikasına gəlib, digər bir dövlətin ölkəmizdəki səfirliyinin binası ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin qəbul edilməsi üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Daha əvvəl DTX Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı danışıqlarının əks olunduğu video yayıb və ekspertlər videoda əks olunan ərazidə bir neçə səfirliyin yerləşdiyini qeyd edib.
Apellyasiya instansiyasına üz tutan Favzan Musa Xan və vəkili araşdırmalar zamanı onun özünü səmimi apardığını iddia edərək cəzasının qismən yüngülləşdirilməsi üçün müraciət edir.
Məhkəmə baxışında olmuş materiallardan görünür ki, Favzan Musa Xan beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan, bir neçə ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin konkret üzvləri ilə əlaqədə olub.
Qeyd olunan cinayət işi üzrə terror təşkilatı üzvlərinin təşkilata bağlı xeyli sayda əcnəbi miqrantın Azərbaycandan tranzit olaraq istifadə edib Avropa ölkələrinə qanunsuz gizli yolla keçməsini təşkil etməyə cəhd etmələri müəyyən edilib. Bu faktla bağlı DTX-də istintaq-əməliyyat tədbirləri aparılan ayrıca cinayət işi açılıb və həmin iş üzrə barələrində cinayət təqibi başladılanlar var.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır
- Taleh Qaraşova qarşı sui-qəsd hazırlayan şəxsin məhkəməsi: "Silahın xaricdən alınacağı deyilmişdi"
- DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
- "Dedi ki, anamın goruna söydüyünə görə öldürdüm" - Sevgilisini qətlə yetirən qadının cinayət işi
- Havvaxanım Rüstəmovanın cinayət işi: 133 zərərçəkmiş var
Rəylər