İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını əvvəlcədən sifariş etdiyi xüsusi araba ilə yardıma ehtiyacı olan şəxs təsəvvürü yaradaraq keçməyə cəhd göstərib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, gömrük əməkdaşları tərəfindən vətəndaşa məxsus əl yüklərinə stasionar rentgen qurğusunda baxış keçirilib.
Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan vətəndaşa məxsus 5 çamadan və 2 idman çantasında gömrük baxışı aparılıb. Gömrük baxışı zamanı əl yüklərindən 20 qutu "Parlament aqua blue" markalı siqaret, 30 qutu "Marlboro silver blue" markalı siqaret, 1 qutu "Guatanamera 5 cristales" markalı tütün, 19 qutu "Al Capone" markalı tütün, 22 ədəd "Marlboro gold" markalı tütün, 2 qutu "GEORGE KARELIAS AND SONS" markalı tütün, 1 ədəd "XOR" markalı mobil telefon, 9 qutu "Promovia HYDRO balance 100 mg", 3 qutu "RILUTEK 50 mg 56 film tablet", 1 qutu "Peyona 20 mg/ml", 2 qutu "Enbrel MYCLIC 50 mg/ml etanersept", 9 qutu "VITRELLE 250 mcg/0.5ml", 4 qutu "Aranesp 40 mikrogram", 1 qutu "Letu 2.5 mg letrozol" 12 qutu "Letrol 2.5 mg", 1 qutu "Replax 40 mg", 2 qutu "İmex %3 Merhem 20 g", 1 qutu "Toujeo 300 U/ml", 2 qutu "Ventolin 2 mg/5ml şurup", 1 qutu "Lithuril 300 mg 100 kapsül", 2 qutu "Saxenda 6 mg/ml 3 kalem", 2 qutu "Gardasil 9", 4 qutu "MOFECEPT 500 mg/ml", 1 qutu "Tegretol 100 mg/5ml", 7 qutu "Famera 2.5 mg", 4 qutu "Antepsin 1g/5ml", 1 ədəd flakonda "Octagam 10 g", 3 qutu "GENOTROPIN 12 mg/ml" markalı dərman vasitələri, 8 qutu "PROGRAFT MEDICAL 1.70 MM-60" adlı tibbi vasitələr, 24 ədəd dərman çantası, 4 ədəd 1 litrlik plastik qablaşmada elektron tütün mayesi və üzərində gizlətdiyi təxmini çəkisi 70 qram olan qızıl zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər