Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 14 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı E.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər