Bakıda 79 yaşlı, Goranboyda isə 68 yaşlı kişi intihar edib.
APA xəbər verir ki, 1945-ci il təvəllüdlü Boris Qurbanoviç Aslanov uzun müddətdir çəkdiyi xəstəlik səbəbindən yaşadığı Binəqədi rayonu Biləcəri qəsəbəsində evin yataq otağında qapının tutacağından kəndirlə özünü asaraq öldürüb.
Bundan başqa Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Alim İsmayıl oğlu Əliyev də canına qəsd edib. Uzun müddətdir ağrılardan əziyyət çəkən A.Əliyev evinin həyətindəki pilləkənin dəmirindən özünü kəndirlə asaraq canına qəsd edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Rəylər