Bakıda fəaliyyət göstərən "NASHA EVENTS" dekor şirkətindən külli miqdarda oğurluq edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şirkətin rəhbəri N.Abdullayeva Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə bu barədə müraciət edib.
O, şirkətin anbarından Murad adlı işçinin 128 min manatlıq avadanlıqları oğurladığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda zərər vurmaqla oğurluq etmə) maddəsi ilə iş başlanılıb. Goranboy rayon sakini olan və Suraxanıda kirayədə yaşayan 1994-cü il təvəllüdlü Murad Kazımov həbs edilib.
Məlum olub ki, Murad ona etibar edilmiş anbardan gizli şəkildə bahalı avadanlıqları götürərək satıb və pullarını mənimsəyib.
Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin çıxardığı hökm ilə Murad 6 il həbs cəzasına məhkum edilib.
Rəylər