Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Gülnar Xəilova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın əməliyyat edilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, 28 yaşlı G. Xəlilovanı mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Rəylər