Paytaxtın Qaradağ rayonunda quldurluq hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, sürücü Nazir Avadanov polisə müraciət edərək tanımadığı üç nəfərin oktyabrın 29-u "Mercedes-Benz Sprinter" markalı mikroavtobusda onu soyduğunu bildirib.
O qeyd edib ki, həmin şəxslər nəqliyyat vasitəsində olarkən boğazına bıçaq dirəyiblər.
Onlar 150 manat pul və "Redmi" markalı telefonu götürərək oradan uzaqlaşıblar.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Sübhan Dadaşzadə, Səid Abbasov və Xeyrulla Qaçayev şübhəli şəxs qismində saxlanılıblar.
Rəylər