İtaliyalı Alis Bellandi Parisdə keçirilən Olimpiadada cüdo üzrə (78 kq çəki dərəcəsində) israilli İnbar Lanirə ippon fəndi ilə qalib gələrək qızıl medal qazanıb. Lakin bu mübarizə dünya mediasına qazanılan uğurdan çox ölkənin Baş naziri Corciya Meloninin reaksiyası ilə yadda qalıb.
Oxu.Az-ın məlumatına görə, italiyalı idmançı qız öz qələbəsini braziliyaəsilli cüdoçu sevgilisi Jasmin Martini öpməklə qeyd edib.
Bunu tamaşaçı skamyasından izləyən hökumət başçısı heyrətə gəlib. Onun üz ifadəsinin görüntüləri sosial şəbəkələrdə virus kimi yayılıb.
Qeyd edək ki, Corciya Meloni sonradan qızıl medal qazanan Alisi təbrik edib.