Vətən müharibəsi iştirakçısı vəfat edib.
Lent.az-ın xəbərinə görə, Masallı rayon Ərkivan qəsəbə sakini, Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Azər Rafiq oğlu Mirzəyev vəfat edib.
Azər Mirzəyev böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. O, bu gün müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Mərhum doğulduğu Ərkivan qəsəbəsinin Zeynoba məhəllə qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Biləsuvarda da Vətən müharibəsi veteranı Cəlal Adıböyük oğlu Rəhimov bu gün ürəktutmadan vəfat edib.
Rəylər