Məşhur türkiyəli bloqer, sosial media fenomeni və teleaparıcı Acun İlıcalı dördüncü dəfə evlənməyə hazırlaşır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Hürriyyet" öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, cütlük artıq toy hazırlıqlarına başlayıb.
İlıcalının nikah üçün Muğladakı lüks bir hotelin bütün otaqlarını bağlatdığı və xüsusi bir mərasim planladığı bildirilir.
Onu da qeyd edək ki, İlıcalı uzun müddətdir birlikdə yaşadığı Ayça Çağla Altunkayaya evlilik təklifini ötən il ad günü mərasimində sürpriz edib.
Rəylər