Səhnələr, efirlər, bir sözlə, şou-biznes nümayəndələrinin olduğu heç bir yer söz-söhbətsiz, hadisəsiz ötüşmür. Bəs görəsən, şou-biznes nümayəndələrindən kim, harada, nə zaman və hansı vəziyyətdə pərt olub? Bu dəfə məşhurlar Xəzər TV-də yayımlanan “Şourum” verilişinin mikrofonuna başlarına gələn ən ekstremal vəziyyətlərdən danışıblar.
Sözügedən çətin vəziyyətlərdən biri Əməkdar artist Vəfa Zeynalovanın başına gəlib. Tamaşada oynayarkən tərəf-müqabili aktrisanın uzun ətəyinin üzərində əyləşib və bu zaman Zeynalovanın ətəyi əynindən düşüb.
Müğənni Zamiq Hüseynovun isə konsert zamanı mikrofonu işləməyib, o cümlədən soyuqda konsert verdiyi üçün donan musiqi aparatları işləməyib.
Əməkdar artist Vasif Məhərrəmlinin isə toyların birində ayağının altında stəkan qırıqları qalaraq onu çətin vəziyyətə salıb. Yıxılmaq təhlükəsi ilə üz-üzə qalan sənətçinin şalvarı cırılıb.
Sorğuda məşhur aparıcılar Tural Əsədov və Leyla Quliyeva da iştirak ediblər. Onlar tədbir zamanı sıralamanı səhv saldıqlarını və mətni unutduqlarını etiraf ediblər.
Ətraflı süjetdə:
Səhnələr, efirlər, bir sözlə, şou-biznes nümayəndələrinin olduğu heç bir yer söz-söhbətsiz, hadisəsiz ötüşmür. Bəs görəsən, şou-biznes nümayəndələrindən kim, ha...
Rəylər