Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Azərbaycan və Türkiyənin ulu öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər.
Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Ordumuzun yüksək rütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
15:04
Türkiyədə səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generalları Ankarada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, genarallar Heydər Əliyev parkında olub və ulu öndərin abidəsini ziyarət ediblər.
Azerbaycan Silahlı Kuvvetlerinde görevli Generaller, Azerbaycan’ın merhum Cumhurbaşkanı Haydar Aliyev’in aziz hatırası için Ankara’da bulunan Haydar Aliyev Parkı’nı ziyaret etti. Generaller, Aliyev Anıtı’nda saygı duruşunda bulundu.#MillîSavunmaBakanlığı pic.twitter.com/Gg9Lu0vPdx
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 2, 2024