Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında Türk Dövlətləri Təşkilatından bəhs olunub.
Qeyd edilib ki, SSRİ-nin dağılması ilə müstəqillik qazanan azərbaycanlılar, özbəklər, qazaxlar, türkmənlər və qırğızlar bir-birlərinə sadəcə qonşu xalqlar kimi yanaşırdılar. Onları birləşdirən əsl dəyərdən, malik olduqları kökdən sanki xəbərsiz idilər:
"Tədricən bu xalqlar əslində eyni dildə - Türk dilində danışdıqlarını anladılar və necə deyərlər, öz köklərinə qayıtdılar. Beləliklə, dünyanın siyasi, iqtisadi, mədəni və humanitar xəritəsinə türk dövlətləri məfhumu daxil oldu".
Həmçinin vurğulanıb ki, Avrasiyanın mərkəzində yeni geosiyasi mənzərə formalaşmaqdadır:
"Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli dövlətlər arasında əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlığı nəzərdə tutmur, o həm də vahid Türk dünyası yaratmağa hesablanıb. 2009-ci ildə imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulan bu təşkilat üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib".
Ətraflı videoda:
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.