Niderland hökuməti Boneyr adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir.
"Report" xəbər verir ki, bu, "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" ADLI beynəlxalq konfransın yekun bəyanatında deyilir.
Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu, Boneyr İnsan Haqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda "Boneyr Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı Öz Müqəddəratını Təyınetmə Yolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu tədbir əsarət altında olan Boneyr xalqının durumuna həsr olunub və maraqlı tərəflərə Niderlandın müstəmləkə siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb.
Bildirilib ki, 2015-ci il 18 dekabr tarixində keçirilmiş referendumda seçicilərin 66%-i 2010-cu ildən etibarən Boneyrdə tətbiq edilən konstitusiya statusunu rədd edib:
"Bu nəticələr ada parlamentinin nümayəndələri tərəfindən Boneyr xalqının qanuni və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənib. Lakin Niderland hökuməti referendumun nəticələrini nəzərə almadan mövcud vəziyyəti saxlayıb".
Yekun bəyanatda nəticə olaraq Boneyrin yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırış edilib.
Diqqətə çatdırılıb ki, Boneyr öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq və təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini almağa çalışır:
"Bu məsələ ilə bağlı qətnamənin Sent Vinsent və Qrenadinin baş naziri və Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Zati-aliləri Ralf Qonsalvesin rəhbərliyi altında 2024-cü il oktyabr ayının əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddi (7) Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir. Biz BMT Baş Katibindən və BMT üzv dövlətlərindən həmrəylik göstərməyə çağırırıq və Boneyr xalqının öz müqəddəratını təyin etmə hüququnu müdafiə edən bu humanitar əhəmiyyətli mübarizəni dəstəkləmələrini, Boneyr məsələsinə dair Qətnaməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Boneyrin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsini və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.
Boneyr xalqı olaraq biz Qoşulmama Hərəkatı Troykasının üzvü kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Qoşulmama Hərəkatı ölkələrini Boneyr xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyin etmə hüququnu dəstəkləməyi və Boneyrin BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi məsələsini qaldırmağı xahiş edirik".
Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyr adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutur.
"Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayr xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.
Yüksəksəviyyəli iştirakçılar sırasında Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, "Karib Hövzəsi Ölkələri Birliyi" beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri də yer alırlar.
Qeyd edək ki, tədbir Boneyr xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçirilir. Belə ki, tədbirdən bir neçə həftə sonra Bonayr adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.
Bu gün Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Niderlandın müstəmləkəçiliyi altında olan Boneyr adasına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
"Report" xəbər verir ki, "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan Bonayr xalqının təmsilçiləri, habelə Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatlarının rəsmiləri və vəzifəli şəxsləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edəcək.
Konfransa Sent-Vinsent və Qrenadin Hökumətinin xüsusi nümayəndəsi, Belizin BMT-dəki (Nyu-York) daimi nümayəndəsi, UNICEF-in gənclərlə iş üzrə vəkili, "Karib Hövzəsi Ölkələri Birliyi" beynəlxalq təşkilatının gənclərlə iş üzrə səfiri və BMT-nin Afrika xalqlarının Daimi Forumunun sədri və s. yüksək səviyyəli şəxslər də qatılacaq.
Konfransda Niderlandın əsarəti altında olan Boneyr xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi imkanlar müzakirə olunacaq.
Tədbir Boneyr xalqının gələcək tarixi üçün çox mühüm bir hadisə ərəfəsində keçiriləcək. Tədbirdən bir neçə həftə sonra Bonayr adasının BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına yenidən salınması üçün bir sıra dövlətlər tərəfindən BMT Baş Assambleyasına qətnamə layihəsinin təqdim edilməsi planlaşdırılır. Hazırkı konfransın əsas məqsədlərindən biri də həmin qətnaməyə beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsidir.
Boneyr xalqı üçün belə bir tarixi əlamətdar hadisə ərəfəsində azadlıq uğrunda mübarizə aparan şəxslərin məhz Azərbaycana toplaşması ölkəmizin dekolonizasiya sahəsində dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini təsdiq edir. Bu həm də ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində dekolonizasiya prosesinə verdiyi töhfələrin, uğurlu lokomotiv rolunun nəticələrinin bariz nümunəsidir.