Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
COP29-a gələn xarici qonaqlar Azərbaycandan hansı təəssüratlarla ayrılıblar?
COP29 çərçivəsində ölkəmizə onlarla ölkədən yüzlərlə nümayəndə, şirkət və təşkilat üzvləri də gəliblər.
Bəs Azərbaycana, Bakıda baş tutan COP29 konfransına gələn 80 minə yaxın əcnəbi qonağın onlara göstərilən xidmətlə bağlı təəssüratları necədir?
Öz fikirlərini "Xəzər Xəbər"lə bölüşən iştirakçılardan biri, Beynəlxalq Günəş İttifaqının üzvü Borxa Qonzalez bildirib ki, Bakıda baş tutan iqlim sammiti gözləntliləri doğruldub. İttifaq üzvü eyni zamanda konfransda müzakirə edilən mövzulara da toxunub.
Onun sözlərinə görə, Beynəlxalq Günəş İttifaqının COP29-da gördüyü işlər çox əhəmiyyətli olub. Təşkilat kiçik ada ölkələrində və dünyanın digər bölgələrində günəş enerjisinin tətbiqi ilə bağlı panel müzakirələri keçirib. 120 üzv ölkə ilə işləyən ittifaq onların qazıntı yanacaq istifadəsindən təmiz enerjiyə keçidinə kömək edir. Günəş enerjisi bu ölkələrin, xüsusilə günəşin asanlıqla əldə olunduğu kiçik ada dövlətlərinin bir çoxu üçün əsas həll yoludur.
O, bütün bunlara görə, COP29-u da çox yüksək qiymətləndirdiyini qeyd edib. Əlavə edib ki, həm təşkilatçılıq, həm də müzakirələr çox məhsuldar idi. Bakı isə gözəlliyi və mehriban insanları ilə qonaqların diqqətini çəkib.
"Bundan başqa, BMT-nin Azərbaycanda keçirilən iqlim sammiti həm də əldə edilən rekord maliyyə məbləği ilə də uğurlu konfrans kimi yadda qaldı", - deyə o, əlavə edib.
Ətraflı süjetdə:
"COP29" teqi üzrə xəbərlər
- COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu? - Ekspertlərdən AÇIQLAMA
- COP: Bakıdan əvvəl və sonra
- COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər
- Deputat: "Qərb təbliğat maşınının COP29-dan sonra nəsə deməsi "karvan" məsələsinə bənzəyir"
- Aqil Ələsgər səkkiz ölkənin mediasına COP29 barədə danışdı