Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aqil Ələsgər səkkiz ölkənin mediasına COP29 barədə danışdı
11-23 noyabr tarixlərində keçirilən COP29 (BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı) sammiti qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə yanaşı fəallar və media nümayəndələri mövzu ilə bağlı müxtəlif platformalarda çıxış etdilər.
Yenicag.az xəbər verir ki, nüfuzlu tədbir zamanı "Yeni Çağ" Media Qrupunun baş direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgərin COP29 ilə bağlı fikirləri də 8 ölkənin aparıcı mətbuat orqanlarında dərc edilib. Belə ki, tanınmış jurnalist iqlim dəyişikliklərinin yaratdığı təhlükələr, qlobal əməkdaşlığın vacibliyi və dayanıqlı inkişaf hədəflərinə nail olunması üçün görüləcək tədbirlər barədə ətraflı fikirlər təqdim edib.
Xatırladaq ki, Türkiyə, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Böyük Britaniya, Portuqaliya və Qırğızıstan kimi ölkələrin nüfuzlu mətbuat platformalarında yayımlanan açıqlamalarda A.Ələsgər COP29 konfransının əsas prioritetləri, inkişaf etməkdə olan ölkələrə dəstəyin gücləndirilməsi, bərpaolunan enerji mənbələrinin təşviqi və ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət çəkib. Jurnalistin səkkiz ölkədə, dörd dildə yayımlanan açıqlamalarında həmçinin inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə daha çox məsuliyyət daşımalı olduğu və maliyyə dəstəklərinin artırılmasının vacibliyi vurğulanıb.
Həmin açıqlamaları təqdim edirik:
Pakistan mətbuatında;
https://thegulfobserver.com/azerbaijan-organized-and-held-cop29-at-the-highest-level/
Portuqaliya mətbuatında;
https://heraldstar.net/agil-alesger-azerbaijan-organized-and-held-cop29-at-the-highest-level/
İngiltərə mətbuatında;
Türkiyə mətbuatında;
Özbəkistan mətbuatında;
https://uza.uz/ru/posts/agil-alesker-azerbaydzhan-provel-cop29-na-vysokom-urovne_660934
Qazaxıstan mətbuatında;
https://mezgil.kz/e/action/ShowInfo.php?classid=34&id=5989
https://adyrna.kz/en/post/220075
Gürcüstan mətbuatında:
Qırğızıstan mətbuatında və Qırğızıstanın ən böyük xəbər yayımlayan sosial media hesabında:
https://www.instagram.com/p/DCtpE7pTlcQ/?igsh=MXdxZTltOWMyaHd1NQ==
"COP29" teqi üzrə xəbərlər
- Deputat: "Qərb təbliğat maşınının COP29-dan sonra nəsə deməsi "karvan" məsələsinə bənzəyir"
- COP29 üzərindən Azərbaycanın qaralanması niyə alınmadı?
- Almaniyanın riyakarlığı, Qərbin reallığı dəyişmək cəhdləri, tarixə düşən COP29
- Bu xəbərləri qaçırmayın: 25.11.2024-ün ən mühüm hadisələri
- COP29-un yekunu dünya mediasının diqqət mərkəzindədir
Rəylər