Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda daha bir küçədən Dairəvi yola çıxışda genişləndirmə işləri aparılıb
Bakının Yasamal rayonu, Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən, hər iki istiqamət üzrə yol iki hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında səkilər inşa edilib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?
- Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
- Bu gündən bütün marşrut avtobuslarının fəaliyyəti BƏRPA OLUNUB
- COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
- Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi
Rəylər