Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gələn ildən qvineya-bisaulu tələbələr Azərbaycanda təhsil ala biləcəklər
"Gələn ildən etibarən Azərbaycanda qvineya-bisaulu tələbələrin təhsil alması üçün proqrama başlanılacaq".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
"İkitərəfli əməkdaşlığa başlamaq ən vacib məsələdir. Nümayəndə heyətimizdə Azərbaycanda təhsil almış şəxslər var və onların fəaliyyəti bizə rəsmi Bakı ilə təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirməli olduğumuzu göstərir", - nazir qeyd edib.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedib
- Azərbaycan və İran XİN başçılarının Məşhəddə görüşü olub
- Ceyhun Bayramov İƏT Nazirlər Şurasının 28-ci iclasında çıxış edib, Məşhəd Kommünikesi imzalanıb
- Gürcüstana yeni XİN rəhbəri təyin olundu: Ceyhun Bayramov həmkarını təbrik etdi
- Azərbaycan və Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcəklər