Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib.
"Report" xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə şəhərə 34 ailə - 129 nəfər köçürülüb.
Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakının Qaradağ rayonundan yola salınıb.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülür.
Daha çox foto burada: PhotoStock.Az
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 34 ailə - 129 nəfər köçürülür.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Mərahim Nəsib
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub
- Keçmiş məcburi köçkün: "Öz yurdunda yaşayıb-yaratmaq hissləri bir başqadır"
- Şuşa sakini: "Minlərlə insan doğma şəhərini görmək arzusu ilə həyatdan köçdü"
- Azər Əmiraslanov: "Büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir"
- Fuad Hüseynov: "Qərbi azərbaycanlılarla bağlı məlumatlar elektronlaşdırılır"